İranda Demokratik İslahat Hərəkatının Məğlubiyyət Səbəbləri və Çıxış Yolları (I)

by Samir Asadli


 

1990-cı illərin əvvəllərindən etibarən, xüsusilə MəhəmmədXatəminin prezidentliyi dövründən başlayaraq, “Demokratik İslahat” anlayışı ölkənin siyasi səhnəsində əsas siyasi jargon kimi öz yerini tutmuş müəyyənedici bir diskurs kimi qəbuledilmişdir.

Samuel P. Huntington-un ilk dəfə 1993-cü ildə Foreign Affairsjurnalında məqalə şəklində dərc etdiyi daha sonra 1996-cı ildə genişləndirərək The Clash of Civilizations and theRemaking of World Order (“Sivilizasiyaların Toqquşması Dünya Nizamının Yenidən Qurulması”) adı ilə kitab halına saldığı siyasi-fəlsəfi əsərindən sonra, İran İslam Respublikasının islahatçı prezidenti Məhəmməd Xatəmi 1997-ci ildə bu yanaşmaya cavab olaraqDialogue AmongCivilizations” (“Sivilizasiyalar Dialoqu”) konsepsiyasını irəlisürdü. Bu təşəbbüslə, İranda yenicə gündəmə gətirilmiş“Demokratik İslahat” prosesi qlobal miqyasda İranla bağlı ənmühüm mövzulardan biri kimi nəzərdən keçirilməyəbaşlanıldı.

Nəticə etibarilə, “İranda Demokratik İslahat ZəruridirtezisiQərb dünyası, xüsusilə Böyük Britaniya Amerika BirləşmişŞtatlarının ən nüfuzlu institut qurumları tərəfindən açıqşəkildə dəstəklənməyə başladı.

İranda Demokratik İslahat Zəruridirifadəsi Qərb yönümlüdüşüncə mərkəzləri başda olmaqla, siyasi güc mərkəzlərinin qərarverici orqanların İranla bağlı irəli sürdükləri ənmühüm şərt siyasi arqumentə çevrildi. Artıq 30 ildir ki, başlanğıcda müəyyən olunmuş məqsədlərə dair nəzərəçarpacaq konkret nəticələr əldə olunmamasına baxmayaraq, bu proses hələ davam etdirilməkdədir.

ABŞ başda olmaqla, Böyük Britaniyanın ümumilikdə Qərbyönümlü aktorların bu demokratik islahatlardan gözləntilərinələrdir?

Açıq birmənalı şəkildə qeyd edilməlidir ki, bu prosesdəniki əsas məqsəd güdülür:

1. İranın 1979-cu ildən etibarən kənarlaşdırdığı ABŞ-ın, eləcə Böyük Britaniyanın siyasi cəhətdəntəsirsizləşdirməklə Çin Xalq Respublikası RusiyaFederasiyası ilə qurulmaqda olan üçtərəfli ittifaqtəşəbbüslərindən imtina etməsini təmin etmək, bununla da yenidən Qərb yönümlü bir strategiyanın ön plana çəkilməsinə nail olmaq;
2. İranın Alternativ Sivilizasiya Quruculuğu ideyasındanimtina etməsi 1800-cü illərdən etibarən qlobalmiqyasda formalaşdırılmağa başlanılan MüasirSivilizasiya çərçivəsində müəyyənləşdirilmiş qadınhüquqları başda olmaqla digər ictimai fərdi hüquq azadlıqları rəsmi şəkildə qəbul etməsidir.

Lakin 40 ildən sonra, İrana qarşı ciddi, sarsıdıcı, ağır aşındırıcı zərbələrin endirilməsinə baxmayaraq, İslam Respublikası mədəni aşınma prosesinə rəğmən həm ayaqdaqalmağı, həm Çin Rusiya ilə ittifaq strategiyasını həyatakeçirməyi, həm özünün geniş sosial bazasını formalaşdırmağı bacarmışdır.

1980-ci illərin sonlarından etibarən, xüsusilə MəhəmmədXatəmi ilə başlanan bu Demokratik İslahat Hərəkatının, ABŞ başda olmaqla bütün Qərb yönümlü aktorların dəstəyinəbaxmayaraq niyə uğur qazana bilmədiyi sual edilməlidir.

Ölkədə mədəni aşınmadan başqa əhəmiyyətli bir nailiyyət əldəedə bilməyən Demokratik İslahat Hərəkatı, ABŞ başdaolmaqla Qərb yönümlü aktorların düşündüklərini, nəzəri deyil, açıq, aydın konkret şəkildə reallaşdırmaq istədikləri əsashədəflərə çatmaqda da ciddi məyusluq yaşamışdır.

Üstəlik, bu məyusluğun yaşanması ilə kifayətlənməyərək, ölkədə Qərb yönümlü bir strategiyanın ön plana çıxmasınıtəmin etmək öhdəliyini daşıyan Demokratik İslahatHərəkatının aparıcı simalarının böyük əksəriyyəti əkscəbhəninyəni mühafizəkar (conservative) qanadınəlindəQərb yönümlü mərkəzlərə qarşı siyasi fiqurantlaraçevrilmişlər.

Belə böyük bir siyasi iflasın arxasında duran əsas problem nədir?

Açıq aydın şəkildə qeyd etməliyəmki; bu siyasi iflasın arxasında dayanan amil, hakim mühafizəkar təbəqə ilə eynisiyasət millət anlayışının paylaşılması əsas alınmasıdır;
1925-ci ildən əvvəlki İranın həqiqi etnik quruluşunun, mədəni siyasi kimliyinin tamamilə nəzərə alınmaması ilə yanaşı, 1925-ci ildən sonrakı müasir millət-dövlət dövründə fars dili üzərindən zorla təlqin təhmil edilmiş Fars DüşüncəSisteminin əsas götürülməsidir.

İranın 1925-ci ildən əvvəlki reallıqları görməzlikdən gələrəkqəbul edilən bütün qərarlar iflasa uğrayır, çünki bu qərarlarsüni xarakter daşıyır cəmiyyətin iradəsini əks etdirmir. Beləqərarlar yalnız keçmişdə olduğu kimi zorla tətbiq edilə bilər; məsələn, 21 fevral 1921 çevrilişində olduğu kimi.

Məsələn:
1925-ci ilə qədər İranın Səlcuqlular, Elxanlılar, ƏmirTeymurlular kimi türk dövlətlərinin yeganə hüquqi varisi olduğu heç müzakirə olunurmu?

Müzakirə olunmaz!

1925-ci ilə qədər İranın türk türklük əsasında şərh edildiyiheç gündəmə gətirilirmi? Gətirilməz!

1925-ci ilə qədər İranın əsas qurucu ünsurunun türk olduğu məsələsi haqqında danışılırmı?
Danışılmaz!

1925-ci ilə qədər türk ve fars dillərinin iki əsas dövlət dili olduğu faktı gündəmə çıxarılırmı?

Çıxarılmaz!

1979 İran İslam İnqilabına qədər, İrandadövlət dili” haqqında konstitusiya səviyyəsində hər hansı qanunmaddəsinin olmadığı müzakirə olunurmu?

Olunmaz!

Fars dilinin rəsmi, hüquqi məcburi dövlət dili olmasına dair konstitusiya səviyyəsində ilk qanun maddəsini qəbul edəndövlətin İran İslam Respublikası olduğu faktı açıqlanırmı?
Açıqlanmaz!

Bəli, bu nümunələrin sayını daha da artıra bilərəm.

İranda fars dilinin rəsmi, hüquqi məcburi dövlət dili olduğunu ilk dəfə irəli sürən konstitusiya, İran İslam Respublikasının Konstitusiyasıdır. Bu, konstitusiyanın 15-ci maddəsində əksini tapmışdır. İlk dəfə olaraq, bu 15-ci maddəvasitəsilə İranda fars dili rəsmi, hüquqi məcburi statusqazanmış, türk dili isə qeyri-rəsmi elan edilmişdir.

Beləliklə, fars dili rəsmi statusda qəbul edilərək, fars düşüncəsistemi konstitusiya səviyyəsində hakim olmuş, türk dili isəqeyri-rəsmi elan edilməklə, türk kimliyi məhkum vəziyyətinəsalınmışdır.

Qeyd etməliyəmki; Pəhləvi dövründə bu türklərə qarşı olan siyasət yalnız Ayinnamələr/ Fərmanlar, Bəxşnamələr(idarəetmə qaydalarına görə verilən qərarlar) göstərişlərləmümkün olmuşdur. Çünki Pəhləvi dönəmi geçərli sayılan əsasMəşrutə qanunu çərçivəsində parlament (Milli Məclis) ölkənin dövlətinrəsmi dili” haqqında qanun maddəsi qəbul etməkcəsarətini göstərməmişdir. Bu cəsarəti ilk dəfə olaraq İran İslam İnqilabı lideri Ayətullah Xomeyni nümayiş etdirmişdir.

İndi sual edirəm: Demokratik İslahat Hərəkatının aparıcı simaları Ayətullah Xomeynidən ya hazırkı dini lider Ayətullah Seyid Əli Xameneyidən daha çox fars düşüncəsisteminə bağlı olacaqlarmı?

Daha çox bağlı olsalar, bunun fərqi var?

Tətbiq edilən Düşmən Hüququndan (Enemy Criminal Law) daha ağır ölümcül tətbiqlərmi qüvvəyə minəcək?

İran İslam İnqilabının qurucusu Ayətullah Xomeyni İran tarixində ilk dəfə fars dilini konstitusiya səviyyəsində rəsmi, hüquqi məcburi dil kimi təsdiqlədi türk dilini qeyri-rəsmi elan edərək türklərin məhkum (kimlik etibarı ilə)vəziyyətinə düşməsini təmin etdi.

Ayetullah Seyid Əli Xameneyi isə uzun müddətli rəhbərliyidövründə fars düşüncə sisteminə qədər bağlı olduğunu sübut etmişdir. Fars dilinə göstərdiyi xidmətlər mərkəziəyalətlərə tanıdığı üstünlüklər buna sıradan nümunələr kimi göstərilə bilər.

Burada əziz oxucularım üçün sadə bir nümunə təqdimedəcəyəm: 1925-ci ildə İran müasir millət-dövlət dövrünə 10 milyon əhali ilə başlamışdır. Bu gün isə əhalisi doqquz dəfəartaraq 90 milyona çatmışdır.

1920-ci illərin statistik göstəricilərinə görə; Tehran təxminən350 min nəfər əhaliyə malik idi (əsasən türk), Təbriz 300 min(türk), Əhər 30 min (türk), Urmiya 50 min (türk), Ərdəbil 30 min (türk), Hoy 40 min (türk), Mərənd 40 min (türk), Marağa40 min (türk), Kazvin 40 min (türk), Zəncan 30 min (türk), İsfahan 40 min (türk farsdilli), Şiraz 40 min (türk farsdilli), Kirman 25 min (türk farsdilli), Yezd 25-30 min(əsasən farsdilli qismən türk), Məşhəd 70 min (türk farsdilli), Gilan 40 min (türk gilək), Miyanduab/Sultanabad20 min (türk), Miyana 20 min (türk) əhalisi vardı.

1920-ci illərdə 40 min əhalisi olan İsfahan, 60 dəfə artaraq2,327,990-a, 25 min əhalisi olan Yezd 50 dəfə artaraq1,384,200-ə, 50 min əhalisi olan Urmu/Urmiyə 14 dəfə artaraq736,224-ə (1990-cı illərdən etibarən İraqdan köç etmiş kürtlərin hesabına qeyri-rəsmi artım müşahidə olunur), 300 min əhalisi olan Təbriz isə 5 dəfə artaraq 1,695,670 nəfərəçatmışdır.

Bu etnik statistik məlumatları sənaye, xidmət sektoru, elmi mədəni fəaliyyətlərlə bağlı mövcud göstəricilərlə müqayisəetsək, farsdilli olmayan əhali ərazilərinə qarşı DüşmənHüququnun tətbiq edildiyi açıq şəkildə görünür.

Bu statistik məlumatlara toxunmağın məqsədi ölkədə inkişaf, əhali sərvət artımı baxımından bölgələr arasındakı uçurumu göstərməkdir.

Məsələn, bu sətirləri yazarkən, Xuzistanın İbadan/Abadan şəhərində yerləşən Hurul-Əzim bataqlığı AzərbaycanınUrmu gölü tamamilə qurumaq üzrədir, halbuki iyul ayında susuz kəvir/quraqlıq bölgədə yerləşən İsfahan əyalətininsənayesinin su problemi yaşamaması üçün dünyanın ən böyüksu layihələrindən biri sayılan Fars Körfəzi/Umman Dənizi Su Transferi Layihəsinin açılışı keçirilmişdir.

Bu layihə, Oman Dənizi ( İran Körfəzi) sahillərindən dənizsuyunun götürülərək duzdan təmizlənməsi boru xəttivasitəsilə Yəzd, İsfahan, Kirman, Hürmüzqan bəzi şimal-şərq əyalətlərinə çatdırılmasını əhatə edir. Ümumi boru xəttiuzunluğu təxminən 3,700 km-dir. Layihə ümumilikdə “Fars Körfəzi/Umman Dənizi Su Transferi Layihəsi (Hope Transfer Line)” adı ilə tanınır.

Layihənin ilkin mərhələsindən etibarən təxminən 2,7 milyardABŞ dolları maliyyə tələb olunmuşdur. İlk mərhələlər üçün 2,5 milyard Avro, layihənin genişləndirilməsi ilə birlikdə isəümumi olaraq təxminən 3,9 milyard dollar maliyyəproqnozlaşdırılır.

Bu 70-80 ildə bir nəfər deməmişki; su olmayan, suyun tapılmadığı sahrada yerləşən İsfahan Yəzd kimi balaca şəhərlərdə ən çox su istehlakına ehtiyac olan fabrikaların təsisedilməsi vətənə və millətə qarşı bir cinayətdir, xəyanətdir!

Farsdilli olmayanlara qarşı Düşmən Hüququnun tətbiqolunduğu bir mühitdə, İranda türklüyü inkâr edən fars düşüncə sistemini əsas götürən Demokratik İslahatHərəkatının cəmiyyət tərəfindən qəbul edilməsini gözləmək, ən yumuşaq ifadə ilə desək, sadəlövhlük olar.

İndi belə bir şəraitdə Demokratik İslahat Hərəkatının liderləri, farsdilli olmayanlara qarşı Düşmən Hüququnun tətbiqolunduğu dövrün qurucu lideri sayılan Ayətullah Xomeynidən ya hazırkı lider Ayətullah Xameneyidən daha çox farsçıolacaqlarmı? Həll yolu budur!?

Rəsmi sayılacaq bəzi məlumatlara görə, hazırda ölkəəhalisinin təxminən 70%-i farsdilli deyil qeyri-rəsmiməkanlarda farsca danışmır. Belə bir mühitdə, etnik baxımdanölkə əhalisinin orta hesabla yarısından çoxunu təşkil edəntürklər başda olmaqla, Lar, Lor, Lək, Gilək, Kırmanci, Gurani, Surani, Bəluc, Ərəb kimi yerli regional icmaları inkâr edənfars düşüncə sisteminin əsasında olmasına baxmayaraq, xalq tərəfindən qəbul edilməsini gözləmək əsla mümkün deyildi.

Belə bir vəziyyətdə mühitdə Fars düşüncə sistemində israretmək, əslində əvvəldən düşünülmüş bir şəkildə ölkəniparçalanmağa məhkum etmək deməkdir.

Belə bir vəziyyətdə etmək lazımdır?

Bəli, İranda Demokratik İslahata su hava kimi ehtiyacvardır. İnsan faciələrinin qarşısını almaq üçün buna ciddi ehtiyac var. Lakin mövcud vəziyyətdə tətbiq edilən fars düşüncə sisteminin siyasət millət anlayışı ilə bu mümkün deyildi. Anlayışın özündə böyük bir islahata ehtiyac vardır.

Farsdillilərin 7-8 mərkəzi quraqlıq əyalətlərdə çoxluq təşkiletməsinə baxmayaraq, ölkənin təxminən 30 əyalətində tarixənolduğu kimi bu gün mövcudluğunu hiss etdirən türklərüçün əllə tutulur, konkret vədlər verilməlidir.

Demokratik İslahat Hərəkatının ölkənin əsas qurucu ünsuruolan türklər üçün konkret vəd etdiyi açıq şəkildə ifadəedilməlidir.

İranda həqiqi Demokratik İslahatın yolu; azlıqların hüquqlarıdaxil olmaqla, 1925-ci ilə qədər olduğu kimi türk dilinin fars dili ilə birlikdə rəsmi, hüquqi məcburi dövlət dili kimi qəbul edilməsindən başlayır.

Ölkənin əsas sahiblərini dilsiz qoymaqla həyata keçirilənmədəni soyqırımla Demokratik İslahat olmaz, olsa da xaoslanəticələnər. Bu da İran bölgəmiz üşün bir faciə olar.

Demokratik İslahat Hərəkatının uğursuzluğunun əsas səbəbi;ölkənin əsas qurucu ünsuru olan, bütün əyalətlərdə öz varlığını hiss etdirən, lakin tamamilə öz dil mədəniyyətindən məhrum edilən türkləri ya inkâr edən, ya da onları yerli regional icmalar səviyyəsində qəbul edən bir yanaşmanın hâkim olmasıdır.

Bu da qaçılmaz olaraq türklərin əzici çoxluğunu mövcudşərtlərə bağlı qalmağa sistem ətrafında birləşməyə məcburedir. Başqa sözlə, Demokratik İslahat Hərəkatı türklərə ciddi əllə tutulur bir gələcək təqdim etməməklə onları mövcudsistem ətrafında birləşməyə məhkum edir.

Demokratik islahat üçün ilk növbədə bu siyasət millətanlayışındaki tanınmış ayrı-seçkilik üstünlüklər aradan qaldırılmalıdır.

Atalar sözüdür: “İranın bir ovuc torpağını əlinə alıb sıxsan, türkün qanı fışqırar.”

Həqiqi Demokratik İslahat İranda türk kimliyini inkâr etməkləyox, əksinə tarixən olduğu kimi fars dili ilə bərabər Türk dili ve milli kimliyini əsas götürən bir yanaşma ilə mümkündür.

İranda Demokratik İslahat Hərəkatının aparıcıları mütəfəkkirləri bu məsələyə obyektiv şəkildə diqqət yetirsələr, Demokratik İslahatlar ölkə bölgə üçün parlaq gələcək vədedə bilər.

Unutmaq olmaz ki, İranda mövcud vəziyyətdə hâkim olan əsassız fars düşüncə sistemi, İranı Ərəb Birliyi ilə Türk Birliyi arasında çıxılmaz vəziyyətə salmışdır.

İran 1925-ci ilə qədər Ərəb yarımadası Yaxın Şərqdən çoxAnadolu, Qafqaz Orta Asiya türklüyü ilə sıx vəhdət içindəolmuşdur. Ölkənin əsas qurucu unsurunun türk olması nəzərə alınaraq, İranın bu gün Yaxın Şərq Ərəb Birliyi ilədeyil, Türk Birliyi içində qiymətləndirilməsi zəruridir. Demokratik islahatların reallaşması ilə İran Türk Birliyindətarixi vəzifələrini üzərinə götürəcəkdir.

İran, Türkiyə, Azərbaycan digər türk dövlətləri ilə birlikdəgüclü, böyük zəngin Türk Birliyinin yaradılmasında nəticə etibarilə Hindistan, Rusiya Çin arasında ən önəmlitarazlıq ünsürünün formalaşmasında xüsusi rol oynaya bilər.

Bu çərçivədə mövcud olacaq İran Türkiyə ilə çiyin-çiyinə həmABŞ, həm AB ilə geniş sahələrdə ortaq maraqları paylaşa bilər. Məqalənin ikinci hissəsində İranın Türk MədəniyyətMərkəzinə yönəlmiş geosiyasi mövqeyi qiymətləndiriləcəkdir.

Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsi Doktrinasınaəsasən
İran digər Türk Dövlətləri Birliyi Xəritəsi

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK