İranda türk adlarına qadağa davam edir

by Samir Asadli

Ərdəbilin Qeydiyyat İdarəsi azərbaycanlı körpəyə “Dolunay” türk adına görə sənəd vermir.

Dolunayın atası mədəni fəal və yazıçı Səid Sadiqifər bu barədə özünün sosial media hesabında bildirib.

Onun sözlərinə görə, Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi “Dolunay” adının İran adları siyahısında olmadığı üçün bu adda sənədin verilməsinin mümkün olmadığını deyib.

Səid Sadiqifər məsələ ilə bağlı bütün sənədləri toplayaraq Tehranda Mərkəzi Qeydiyyat İdarəsinə göndərdiyini yazıb.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinə görtə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə zidiyyət təşkil edir.

İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk”-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət, hesabatlar göndərib.

Bu hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması” da vurğulanıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK