Təbrizdə 300 sənətçinin iştirakı ilə “Səttarxan” adlı nəhəng tamaşanın nümayişi xalq tərəfindən böyük rəğbətlə qarşılanarkən İranşəhri türk düşmənləri bu tamaşaya qarşı çıxıblar.
Qeyd edək ki, “Səttarxan” adlı tamaşa 300 sənətçinin iştirakı ilə Təbrizin Xavaran teatrında səhnəyə qoyulub.
Bu tamaşanın ssenari müəllifi və rejissoru Yaqub Sədiqi Camalidir. O, Azərbaycanın və Təbrizin məşrutə mübarizəsini daim diqqət mərkəzində saxlamağa çalışır.