Təbriz həbsxanasında saxlanılan siyasi fəal Kərim Esmailzadənin fiziki vəziyyəti pisləşib.
O, təxminən altı ay əvvəl həbsdən çıxıb. Həbsxanada olduğu müddətdə rejim agentlərinin işgəncələri və etiraz olaraq keçirdiyi aclıq eyləmləri nəticəsində ağır xəstəliklər və fiziki problemlərlə üzləşmiş, azadlığa çıxandan sonra isə xeyli arıqlamışdı.
Kərim İsmailzadə istər azadlıqda, istərsə də həbsdə xalqına qarşı ədalətsizliyə qarşı mübarizəni heç vaxt dayandırmayıb və həmişə məzlum xalqının səsi olub. O xüsusilə Araz çayı və Urmu gölünün ekoloji durumu ilə bağlı daim maarifləndirmə işi aparıb.