Kərim İsmayılzadənin ailəsi aprelin 9-da məhkəməyə gedib. Müstəntiqin sözlərinə görə, onun saxlanma müddəti başa çatsa da müddət Təbriz Kəşfiyyatı tərəfindən uzadılıb.
Onun haqqında uzun müddət məlumat ala bilməyən yaxınları sonradan Kərim İsmayılzadənin Təbrizin mərkəzi zindanına köçürüldüyünü və 5-ci palatada saxlandığını, onunla heç bir əlaqə və ziyarətə icazə verilmədiyini öyrənib.
2025-cü il martın 25-də Kərim İsmailzadənin qohumları Təbriz prokurorluğuna gedərək onun vəziyyətini soruşurlar. Lakin prokurorluq əməkdaşları şöbədə müstəntiq olmadığından Kərim İsmailzadənin vəziyyəti ilə bağlı məlumat verə bilməyəcəklərini deyiblər.
Kərim İsmailzadənin ilə ünsiyyətə və ziyarətə qadağaların davam etməsi onun ailəsi və yaxınlarının narahatlığına səbəb olub.