Milli fəal Hüseyn Piri Evin həbsxanasından azad edilib

by Samir Asadli

Həbsdə olan azərbaycanlı fəal Hüseyn Piri 2025-cü il favral 22-ü şənbə günü təxminən 13 aya yaxın həbsdə yatdıqdan sonra Tehranın Evin həbsxanasından azad edilib.

Bu azərbaycanlı-türk fəalı Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Əbülqəsim Sələvatinin sədrliyi ilə “toplaşmaq və daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün əlbir olmaq” ittihamı ilə mühakimə edilmiş və 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi isə azərbaycanlı fəalın şikayətini təmin etməmiş və hakim Salavatinin çıxardığı həbs cəzasını qüvvədə saxlamışdı.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK