Milli fəalın həbs müddəti uzadıldı

by Samir Asadli

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan milli-mədəni fəal Mürtəza Pərvinin müvəqqəti həbs müddəti uzadılıb.

O, bu barədə ailəsi ilə telefon danışığında məlumat verib.

M.Pərvinin dediyinə görə, qərar Tehranın Ümumi və İnqilab Prokurorluğunun 5-ci istintaq bölməsinin müstəntiqi Nasir Cəlayir Sərnəqi tərəfindən verilib.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.

M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.

İnsan haqları müdafiəçilərinin yaydığı məlumata görə, Evin həbsxanasında saxlanılan başqa fəalların barəsində isə dəqiq məlumat verilmir.

Ayda Sədiqi, Fatimə Atəşi, Süheyla Əsgəri, Səid Camalzadə, Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Tahir Nəqəvi və Kərəm Mərdanənin də barələrində çıxarılan həbs qəti imkan qərarının uzadılacağı ehrimal edilir.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK