Evin həbsxanasında saxlanılan altı azərbaycanlı fəal Ayaz Seyfxah, Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Bağir Hacızadə və Əbdüləziz Əzimi Qədimin qanunsuz həbs edilməsindən 14 ay ötür.
Məlumatlı mənbələr Evin həbsxanasında geniş yayılan “qaşınma” xəstəliyinin baş verdiyini də bildirirlər, eyni zamanda məhbusların dəfələrlə dərman preparatlarının vurulması ilə bağlı müraciətləri indiyədək cavabsız qalıb.
Qeyd edək ki, fevralın 5-i və 7-i, 2024-cüq ildə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmu, İslamşəhr və Astarada 30-a yaxın türk fəal kəşfiyyat qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs edilib.
Bu fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar. Onlar Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbülqasim Sələvatinin qərarı ilə ağır həbs cəzaları alıblar.