Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı Təbriz həbsxanasına köçürülüb.
Təhlükəsizlik məmurları onu sentyabrın 9-u səhər saatlarında Sofyan şəhərində həbs edərək, Təbrizin təhlükəsizlik təcridxanasına aparıblar.
O, bir müddət orada dindirildikdən sonra həbsxanaya köçürülüb və sonradan yenidən təhlükısizlik təcridxanasına qaytarılıb.
Qeyd edək ki, Nurməhəmmədi bir müddət əvvəl qızına türkcə “Hunay” adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.
O, paylaşımında bildirmişdi ki, Sofyan şəhərinin Qeydiyyat İdarəsi Hunay adının İran adları siyahısında olmadığına görə yabancı ad hesab edildiyini və bu adla sənəd tərtib etməyin mümkün olmadığını deyib.