Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından (MDB PA) çıxmaq prosesinə başlayıb.
Bunu Moldova parlamentinin spikeri İqor Qrosu deyib.
Onun sözlərinə görə, ölkə artıq MDB PA-nın tərkibindən çıxmaq proseduruna start verib və bir ay ərzində qərarın veriləcəyi gözlənilir:
“Təbii ki, biz bəzi hüquqi prosedurlara əməl etməli olacağıq. Qərar layihəsi hökumətə təqdim edilib, nəticəsini gözləyirik.
Proses başlayıb və məsələ artıq müzakirə olunur. Qərar layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq”, – deyə Qrosu bildirib.
“İstəyirik ki, mümkün qədər tez bir zamanda – cari parlament sessiyasının sonuna kimi MDB PA-nın yaradılması haqqında sazişin ləğvinə səs verək”, – spiker əlavə edib.