Fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin, fevralın 11-də Tehranın Evin həbsxanasına köçürülüb.
Bu barədə onun yaxınları məlumat yayıb.
M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noyubuk müsadirə edilib.
Fəalın həbs səbəbi və ittihamları barədə açıqlama verilməyib.
Bundan əvvəl Urmu və Bİnab şəhərlərində həbs edilən Salar Tahir Əfşar və Səid Minayi də Evin həbsxanasına aparılıblar.