Evin həbsxanasında saxlanılan məhbuslardan birinin edamına etiraz olaraq eyləm keçirən azərbaycanlı fəallar Mahmud Ocaqlı və Mürtəza Pərvinə 3 həftə ərzində üz-üzə görüşmək haqqlarından məhrum ediliblər.
Qeyd edək ki, Mahmud Ocaqlı 2022-ci ildə, noyabırın 22-də Tehranda iş yerində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, “rejimə qarşı təbliğat aparmaq, xalqın təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” və başqa ittihamlarla ümumilikdə 11 il həbs cəzasına məhkum edilib. Mürtəza Pərvin isə 2022-cü ilin sentyabr ayında Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il həbs və sosial sanksiyalara məhkum edilib. O, “daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, Tehran İslam İnqilabının 15-ci Bölməsinin hakimi Əbülqasım Salavati tərəfindən verilən “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 1 il azadlıqdan məhrum edilib. O, həmçinin 2 il sosial hüquqlardan, partiya və qruplara üzvlük haqqından məhrum edilib.