Nizami Gəncəvinin orjinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb

by Samir Asadli

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan şairi, mütəfəkkir filosof Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliği işləri həyata keçirilir.

Bununla əlaqədar Nizami Gəncəvinin “Xəmsə”sinə aid əsərlərin orijinaldan Türk dilinə tərcüməsi layihəsinə başlanılıb və bu istiqamətdə Ərzurum Atatürk Universitetinin Fars dili və ədəbiyatı bölməsinin müdiri, professor Nimet Yıldırımla razılıq əldə olunub. Qeyd edək ki, professor Nimet Yıldırımın tərcüməçilik sahəsində böyük təcrübəsi var və o, bir sıra klassik Şərq şairlərinin əsərlərini Türk dilinə çevirib.

Beləliklə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində bu günlərdə Nizami Gəncəvinin “İskəndərnamə” əsəri Ankarada “Dergah yayınları” nəşriyyatında çap edilib.

“Xəmsə”yə daxil olan digər dörd əsərin orijinaldan Türk dilinə tərcüməsi layihəsi davam edir və sözügedən əsərlərin tərcüməsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK