Ocanda Şəhriyarın anım gününün keçirilməsinə icazə verilmədi

by Samir Asadli

İran hökumətinin yerli icraçıları sentyabrın 18-də Məhəmməd Hüseyn Behcət Təbrizinin (Şəhriyar) ildönümü münasibətilə keçirilməsi planlaşdırılan anım mərasiminə icazə verməyiblər.

Bu haqda Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.

Bildirilib ki, Şəhriyarın ata kəndi Bostanabad rayonunu Xoşkənab kəndində keçirilməsi nəzərdə tutulan tədbir ləğv edilib, şairin ata evinin qapıları bağlanıb və qonaqların ziyarətininin qarşısı alınıb.

Tədbir təşkilatçıları və mədəniyyət xadimlərinin tədbirin qarşısının alınmasının səbəbləri barədə əlaqədar dövlət qurumlarına ünvanladıqları müraciət və sualları cavabsız qalıb.

Qeyd edək ki, bununla eyni vaxtda İranın müxtəlif şəhərləri ilə yanaşı Təbrizdə də “Fars dili və ədəbiyyatı günü” ilə bağlı təntənəli mərasimlr keçirilib.

Xatırladaq ki, İran Ali Mədəni İnqilab Şurası 18 sentyabrı (27 şəhrivər) Şəhriyarın ölüm günü münasibətilə İranda “Fars dili və ədəbiyyatı günü” elan edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK