Yanvarın 13-də 3 günlük məzuniyyətə göndərilən, Kərəcdə yaşayan azərbaycanlı türk fəal Ovçu (Sayad) Məhəmmədian məzuniyyətinin sona çatması ilə əlaqədar dünən Kərəcin Kərçii həbsxanasına göndərilib.
Ovçu Məhəmmədian əslən Qoşaçaydandır (Miandoab) və Kərəc (Yengi İmam) şəhərində yaşayır. O, bundan əvvəl də sivil fəaliyyətinə və İranda türk xalqına qarşı dil və mədəni ayrı-seçkiliyə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə təzyiq və təhdidlərə məruz qalıb.