Qərbi Azərbaycanda 140 ton xalis qızıl aşkar edilib.
Onun sözlərinə görə, bu ehtiyatlar ən azı yaxın 70 il ərzində ölkənin (İranın) qızıla olan ehtiyacını ödəyə bilər.
“Abbas Lisani İnfomasiya səhifəsinin texniki hesabatlara əsasən verdiyi məlumata görə, bu ehtiyatların dəyəri 17 milyard dollardan çox qiymətləndirilir.
Hazırda Qərbi Azərbaycanda səkkiz rəsmi lisenziyalı qızıl mədəni var: üç aktiv mədən (Zərşuran, Ağdərə və Rəbət mədənləri), kəşfiyyat sertifikatı olan üç mədən (Xarape, Ərəbşah, Al Quyun) və hazırda araşdırma aparılan 2 məfəm (Gəndoman və Zavəkuh).
Qərbi Azərbaycan əyaləti Yaxın Şərqin mühüm qızıl hasil edən bölgələrindən biri olsa da, bu nəhəng sərvət əsasən mərkəzi xəzinəyə ötürülür və Güney Azərbaycan türk xalqı bundan heç bir fayda görmür.