Qəzvində etiraz aksiyası keçirilib

by Samir Asadli

Aprelin 22-də Qəzvin şəhərində bir qrup vətəndaş etiraz aksiyası keçirib.

Bu barədə sosial media platformalarında məlumat yayılıb.

Məlumata görə, Qəzvin əyalətinin Yollar və Şəhərsalma Baş İdarəsinin qarşısına toplaşan etirazçılar aldadıldıqlarını deyiblər.

Onlar hökumətin “Milli Məskən” layihəsi çərçivəsində ev almaq üçün illər əvvəl ödəniş etmələrinə baxmayaraq mənzillərinin təhvil verilmədiyini bildiriblər.

Yollar və Şəhərsalma Nazirliyinin vətəndaşları aldatdığını deyən qəzvinlilər, məsələ ilə bağlı müraciətlərinin cavabsız qalmasından şikayətləniblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK