Qəzvində Kürün kəndinin sakinlərindən gözəl davranış

by Samir Asadli

Qəzvinin Kürün kəndinin sakinləri kəndin girişindəki lövhədə kəndin tarixi türkcə adı yazılmış lövhə quraşdırıblar.

Qeyd edək ki, İran rəsmiləri minlərlə kəndin və coğrafi yerin türkcə yer adı kimi bu kəndin də türkcə adını dəyişərək “Cövhərin” qoyublar.

Kənd sakinləri buna etiraz olaraq, həm türk, həm də ingilis dilində salamlama lövhəsi hazırlayaraq Kəndin girişinə yerləşdiriblər.

Kürün kəndi Qəzvindən 45 kilometr cənub-qərbdə yerləşir və Ərdəq şəhərin\ bağlıdır.

Xatırladaq ki, Azərbaycanın coğrafi bölgələrinin adlarının dəyişdirilməsi və türk adlarının farslaşdırılması siyasəti Rza Pəhləvi hakimiyyətə gələndən sonra başlayıb və İslam Respublikası hökuməti bu siyasəti davam etdirir.

Bu irqçi siyasət nəticəsində minlərlə coğrafi ərazinin, o cümlədən şəhər, kənd, küçənin tarixi adı türkcədən farscaya dəyişdirilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK