Qəzvinin Tehran üzərində qələbəsi “Traxtur”u çempionluğa yaxınlaşdırdı

by Samir Asadli

Premyer Liqanın iyirmi dördüncü həftəsinin oyunları çərçivəsində Qəzvin şəhərinin “Şəms Azər” futbol komandası ilə Tehranın çempionluğa iddialı “Perspolis” komandası arasında görüş keçirilib.

Qarşılaşma martın 30-da yerli vaxtla saat 19:15-də Qəzvinin “Sərdar Azadeqan” stadionunda baş tutub.

Gərgin şərayitdə keçirilən qarşılaşma Qəzvin komandasının 3-2 hesablı qələbəsi ilə nəticələnib.

Bununlada Təbriz təmsilçisinin çempionluq yolunda əsas rəqiblərindən olan Tehranın “Persepolis” komandası 24 oyunda 47 xalla 3-cü, İsfahanın “Sepahan” komandası 24 oyunda 49 xalla 2-ci pillədə qərarlaşıb.

Təbriz təmsilçisi “Traxtur” isə 23 oyunda 51 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşaraq İran çempionluğuna dahada yaxınlaşıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK