Güney Azərbaycanın Qəzvin şəhərindən olan musiqiçi və uşaq musiqisi müəllimi Məsumə Bənagər həbs edilib.
Onun hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı gənc Cavad Heydərinin yas mərasiminə qatıldığı üçün cəzalandırıldığı bildirilir.
Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya aparılıb.
O, sosial mediada bir neçə hekayə paylaşmaqda ittiham olunub.
Dekabrın 25-də ifadə vermək üçün prokurorluğa çağrıldıqdan sonra həbs edilən Məsumə Bənagər 10 gün sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.