Qarasu çayının ekoloji böhranı

by Samir Asadli

Ərdəbil vilayətinin mühüm su ehtiyatlarından biri olan Qarasu çayı bu günlərdə hakimiyyətin səhlənkarlığının və diqqətsizliyinin simvoluna çevrilib.

Vilayətin şərqindən keçən və yolunda Nəmin, Ərdəbil və Xiav (Meşginşəhr) şəhərləri olan bu çay illərdir sənaye və şəhər tullantı sularının qurbanıdır.

Bu tullantı suları heç bir təmizləmədən keçmir və birbaşa çay yatağına axıdılır. Bu hal ətrafda yaşayan və  gündəlik həyatlarında çay suyundan asılı olan insanların sağlamlığı üçün ciddi təhdidlər yaradır.

Ərdəbilin 2 saylı sənaye şəhərciyi və Novəhdi (Nocedeh) sənaye şəhərciyi Qarasuya daxil olan çirkab sularının ən mühüm mənbələrindəndir. Bu çirkab sularının tərkibində təhlükəli və parçalanmayan kimyəvi maddələr var ki, onlar nəinki regionun ekosistemini məhv edir, həm də yeraltı su ehtiyatlarına və kənd təsərrüfatı torpaqlarına sızaraq əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

Xatırladaq ki, 2023-ci ildə Ərdəbil vilayətinin Ətraf Mühitin Mühafizəsi Baş direktoru çayın ətrafındakı kəndlərin, o cümlədən YazənAvad, DolətAvad və ƏliBulaq kəndlərinin sakinlərinə şəhər və sənaye çirkab sularının ən qısa müddətdə Qara-Suya daxil olmasının qarşısı alınacağına söz vermişdi. Lakin zaman keçdikcə heç bir əməli tədbir görülməyib və çay çirkli və xəstəlikli olaraq qalır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK