Qoşaçayda etiraz aksiyası keçirilib

by Samir Asadli

Sentyabrın 20-də Qərbi Azərbaycan əyalətinin Qoşaçay rayonunun Barı kəndinin əhalisi etiraz aksiyası keçiriblər.

Bu barədə onlar sosial media platformalarında məlumat yayıblar.

Kəndlilər Barı kəndinin Öküzdağı ərazisində yerləşən “Delfin” daş mədənlərinin qaydasız istismarına görə narazılıqlarını bildiriblər.

“Bölgədə İsfahan şirkətinin istismar etdiyi mədənlərin daşları İsfahan və Simnana aparılır, yerli əhali isə qeyri-standard istismarın törətdiyi fəsadların əziyyətini çəkir”,- kəndlilər qeyd ediblər.

Onların sözlərinə görə, İsfahan şirkətinin fəaliyyəti bölgənin ekologiyasına ciddi ziyan vurub, kənd təsərrüfatı zərər görüb, su qaynaqları məhv edilib.

Qeyd edək ki, bölgə və Barı kəndinin sakinləri arasında işsizlik səviyyəsinin yüksək olmasına baxmayaraq, adı çəkilən şirkət işçilərinin əksəriyyətini İsfahandan gətirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK