Qoşaçaylı Traxtur azarkeşi saxlanılıb

by Samir Asadli

Qərbi Azərbaycanın Qoşaçay (Miandoab) şəhərindən olan Traxtur komandasının azarkeşi Tohid Xadimi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Tohid Xadiminin qohumları onun 10 gündən çoxdur ki, təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğunu və ona qarşı yönəldilən ittihamlar barədə məlumat verilmədiyini bildiriblər.

Xatırladaq ki, oktyabrın son günlərində Qərbi Azərbaycan əyalətində kürd milis qrupları ilə əlaqəli elementlərin ictimai fəaliyyətləri ilə bağlı sosial mediada tənqidi məzmun dərc etdiklərinə görə ən azı iyirmi türk fəal həbs edilib.

Eyni zamanda, bir sıra türk fəallar təhlükəsizlik orqanları tərəfindən telefonla bu məsələ ilə bağlı məzmun dərc etməyə davam edəcəkləri təqdirdə həbs olunacaqları barədə xəbərdarlıq alıblar.

Tohid Xadimiyə yaxın şəxslər onun da həbsinin bu məsələ ilə bağlı ola biləcəyini düşünürlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK