Səid Minainin işi baxılması üçün Marağa İnqilab Məhkəməsinə göndərilib

by Samir Asadli

Kave Soda fabrikinin Səid Minaiyə qarşı şikayəti ilə bağlı işi Marağa İnqilabı Baş Prokurorluğuna sövq edilib

Bu barədə fəal özünün şəxsi sosial media hesabında yazıb.

“Dünən mənə sistemdən SMS vasitəsilə bildiriş göndərilib. Millətin hüquqlarını tələb etdiyim və müdafiə etdiyim üçün On Beşinci şöbə mənə 5 il həbs cəzası vermək istəyir.” – deyə paylaşımda qeyd edilib.

Marağadakı Kave soda zavodu Tehranın Dəmavənd şəhərindən olan İbrahim Əsgəriyan Damavandiyə məxsusdur və bu qurum hökumətin mafiya dəstələri ilə əlaqəlidir.

Bu fabrik Azərbaycanın ekologiyasına ən çox zərbə vuran qurumlardan biri hesab olunur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK