“Səttar Xan” tamaşası Azərbaycan əhalisinin böyük marağına səbəb olub

by Samir Asadli

İranşəhri qruplar bu tamaşaya qarşı hücumlar etsə də Azərbaycan əhalisi tərəfindən “Səttar Xan” teatr tamaşası böyük maraqla qarşılanıb.

“Səttar xan tamaşası cəmiyyətin bütün təbəqələrini teatra cəlb edib və onlar Azərbaycan tarixinin qürurverici bir hissəsindən bəhs edən bu əsərə baxmaq üçün Təbrizdən, eləcə də Azərbaycanın müxtəlif şəhərlərindən gəlirlər. İnsanların böyük marağını nəzərə alaraq bu tamaşa 27 dekabr cümə günü iki seansda nümayiş olunacaq.” – deyə Azərəncümən nəşrində qeyd edilib.

Qeyd edək ki, İnsanların tamaşaya marağı o qədər çox olub ki, tamaşa hələ səhnəyə qoyulmamışdan bilet satışları 1 milyard tüməni keçib.

Qeyd edək ki, Türkcə səhnələşdirilən “Səttar Xan” tamaşasının rejissoru Yaqub Sadiq Camali, prodüseri Əli Məratebidir. Azərbaycan musiqi və mahnılarından istifadə edilən bu tamaşa Səttar xanın həyat və mübarizələrinin epik və füsunkar hekayəsini, Azərbaycanın qürurlu tarixi əks etdirir.

Xatırladaq ki, bu böyük tamaşa 300 nəfər sənətçinin iştirakı ilə səhnələşdirilir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK