“Səttarxan” tamaşası Təbrizdə rekor qırdı

by Samir Asadli

Təbrizdə Səttar Xan tamaşası geniş izləyici kütləsi topladığı üçün onun müddəti uzadılıb

Əmir Kərimzad Şərifi, Səttarxan tamaşasının göstərilməsi üzrə Koordinasiya Şurasının rəhbəri bu tamaşanın Təbrizin Xavaran zalında nümayişinin uzadılması barədə məlumat verib.

“Səttar xan” tamaşası cəmiyyətin bütün təbəqələrini teatra cəlb edib və onlar Azərbaycan tarixinin qürurverici hissəsindən bəhs edən bu əsərə baxmaq üçün Təbrizdən, eləcə də Azərbaycanın müxtəlif şəhərlərindən gəlirlər. İnsanların böyük marağını nəzərə alaraq bu tamaşa 27 dekabr cümə günü iki seansda nümayiş olunub.” – deyə Azərəncümən nəşrində qeyd edilib.

 

Qeyd edək ki, İnsanların tamaşaya marağı o qədər çox olub ki, tamaşa hələ səhnəyə qoyulmamışdan bilet satışları 1 milyard tüməni keçib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK