Salar Əraqi və ailəsi övladları Elşənin türkcə adına görə doğum haqqında şəhadətnamə ala bilməməsi haqqında “Balamın adı” kampaniyasına danışıb.
Qeyd edək ki, doğum haqqında şəhadətnamə olmadığına görə ailə öz övladlarına peyvənd də vura bilmirdi.
Salar Əraqinin sözlərinə görə səhiyyə ocağının məsul işçiləri onlara “Əgər Elşənin adı ilə doğum haqqında şəhadətnamə vermirlərsə, gedin başqa ad seçin!” – deyə irad tutublar.
Ancaq üç ay sürən mücadilədə sonra Salar Əraqi öz oğluna türkcə olan Elşən adı üçün doğum haqqında şəhadətnamə almağa nail olub.