Qərbi Azərbaycan əyalətinin Salmas mahalının Qaraqışlaq kəndində etiraz aksiyası keçirən əhaliyə hücum edilib.
Sosial media fəallarının Qaraqışlaqdan yaydıqları videolarda bölgəyə motosikletli xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu görünür.
Qeyd edək ki, qaraqışlaqlılar üçüncü gündürki etiraz aksiyası keçirirlər.
Kəndlilər Urmu gölünün qurumuş yatağından yığılan duzların kənd ərazisində emal olunması üçün zavodun tikintisinə narazılıqlarını bildirirlər.
Onlar bölgədə duz fırtınaları ilə yanaşı duz zavodunun inşasının əkin sahələrinin məhv olmasına səbəb olacağından qorxur, zavodun inşası üçün onların əkin sahələrinin əllərindən alındığını bildirirlər.