Urmiyada keçirilən əzadarlıq mərasimində iğtişaş yaradıb və irqçi şüarlar səsləndirərək İran xalqları arasında fitnə salan şəxslər aşkarlanıb və cəzalandırılacaq.
Qeyd edək ki, kürdlərin Qərbi Azərbaycan əyaləti və Urmu şəhərinə torpaq iddialarına qarşı martın 22-də Urmuda izdihamlı mitinq keçirilib.
Mitinq, İmam Əlinin vəfat gününə təsadüf etdiyinə görə, yerli hökumət rəsmiləri və hökumət mollaları milli şüarlar səsləndirən Azərbaycan türklərinin cəzalandırılmasını tələb ediblər.