Soydaşımız Çexiya “Gran-Pri”si qazanıb

by Samir Asadli

Marneuli Rayon Mədəniyyət Evinin solisti, gənc mahnı ifaçısı Şaban Məmmədov Çexiyada keçirilmiş “Praqa Milad Ulduzları 2023” 39-cu Beynəlxalq Xalq Rəqsləri və Musiqisi Müsabiqə- festivalında uğurla çıxış edib.  

Şaban Məmmədovun gözəl səsi olsa da, təəssüf ki, görmə qabiliyyətindən məhrumdur. Amma bu, onun məlahətli ifaları ilə könülləri fəth etməsinə mane ola bilməyib. Azərbaycan, gürcü  və digər dillərdə eyni məharətlə mahnılar ifa edir. O,  bir neçə dildə sərbəst danışa da bilir. Şaban Marneulidə, Tbilisidə,  eləcə də xarici ölkələrdə təşkil edilən festivallarda dəfələrlə fərqlənib, istedadlı gənc solist kimi Azərbaycana və Gürcüstana şöhrət gətirib. Çexiya paytaxtında mötəbər festivalda uğurlu çıxışı isə hələlik, onun fəth etdiyi ən uca zirvədir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK