Bir neçə ay əvvəl İnqilab Məhkəməsinin şəhər üçüncü şöbəsi tərəfindən “korrupsiya” ittihamı ilə edama məhkum edilmiş Təbriz Universitetinin Texniki Fakültəsinin İnşaat və İstehsalat Mühəndisliyi fakültəsinin tələbəsi 22 yaşlı Ehsan Fəridinin həyatı təhlükədədir.
Siyasi məhbusun yaxınları bildiriblər ki, qərar verilməsində onun müdafiəsi və vəkili nəzərə alınmayıb. Təhlükəsizlik qqüvvələri tələbənin ailəsini bu müddət ərzində iş haqqında məlumat verməkdən çəkindirmək üçün təzyiq altında saxlayıblar.
Ehsan Fəridi bundan əvvəl 2024-ci ilin martında həbs edilmiş və bir müddət sonra zaminə buraxılmışdı. Ardınca ona qarşı “rejim əleyhinə təbliğat” maddəsi ilə iş açılmış və o, 6 ay müddətinə həbs edilmişdi.