Martın 10-da Həmədan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.
Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Qeyd edək ki, təqaüdçülərin 3 ildən çoxdur ki, eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.