Təbrizdə etiraz aksiyası keçirildi

by Samir Asadli

Bu gün Təbrizin “Ətləs” ticarət kompleksinin sahibləri bələdiyyənin təzyiqlərinə etiraz olaraq aksiya keçiriblər.

Bu barədə onlar sosial media şəbəkəsində paylaşım ediblər.

Biznes-əyləncə kompleksinin sahibləri Təbriz 1-ci Bölgə bələdiyyəsinin onların hüquqlarının tapdalanmasına göz yumduğunu bildiriblər.

Onların dediyinə görə, uzun illərdir inşası tam tamamlanmayan kompleksin bağlanmaq təhlükəsi var və bu baş verdiyi təqdirdə onların uzun illik əməkləri və pulları hədər olacaq.

Qeyd edək ki, 2012-ci ildə tikintisinə başlanılan və 2017-ciildə tikintinin başa çatdığı elan edilən kompleksdə hələdə problemlər mövcuddur.

Təbrizin 1-ci bölgəsinin bələdiyyəsi bir neçə ildir kompleksin bağlanmasına çalışdığına görə, orada mağazası olan təbrizlilər bir neçə dəfə etiraz aksiyası keçriblər.

Etirazçılar hökumətin onların tələblərinə laqeyd yanaşdığını və hüquqlarının pozulmasına göz yumduğunu bildirirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK