Təbriz və ətraf bölgələrində hava çirkliliyinin səviyyəsi yenidən artaraq həssas yaş qrupları üçün təhlükəli həddə çatıb.
Məlumata görə, hazırda Təbrizdə havanın çirklilik dərəcəsi 116 civarındadır və yaşlı, ürək-damar və tənəffüs problemi olan şəxslər üçün əlverişsizdir.
Qeyd edək ki, Təbrizin havasının çirklənməsinin əsas amillərindən biri də İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsidir.
Əyalət rəhbərliyi və İES-lərin məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.