Təbriz Universitetinin Türk Dili və Ədəbiyyatı Departamentinin müdiri Məhəmməd Əli Musazadə Şərqi Azərbaycan vilayətinin təhsil üzrə baş direktoru İsfəndiyar Sadiqinin “Heç kim universitetdə türk dili və ədəbiyyatını ixtisas seçməyə razı deyil” sözlərinin həqiqət olmadığını deyib.
Əli Musazadə verdiyi müsahibədə tələbələrin bu ixtisasa maraqla yanaşdığını deyib.
“Bu sahənin məzunlarının işə qəbulu ilə bağlı dəfələrlə müraciət etməyimizə baxmayaraq, hökumət hələ də bununla bağlı heç bir tədbir görməyib. Digər tərəfdən, bu sahənin mövcudluğu ilə bağlı da insanların yetərincə məlumatı yoxdur. Bütün bu amillər bu sahənin daha az tələbə qəbulu almasına səbəb olan amillərdir, lakin buna baxmayaraq, türk dili və ədəbiyyatı sahəsi hələ də sahə seçim kitabçasında mövcuddur və tələbələr bu sahəyə qəbul olurlar.” – deyə Əli Musazadə əlavə edib.