Təbriz şəhərinin zərgərləri yeni vergi qanununa etiraz olaraq tətil elan edib.
Bu barədə “Abbas Lisani Məlumatlandırma İnternet Səhifəsi” bildirib. Məlumata əsasən, Vergi İdarəsi qızıl, cəvahir və platın alış-verişinə 25 faiz vergi tətbiqini bildirməklə, mağaza sahiblərindən elektron faktura çıxarmalarını tələb edib.
Həmçinin yeni vergi qanunu ilə əlaqədar İsfahan və Qum şəhərlərinin bazarlarında da tətil elan olunub.