Yanvarın 9-da güneyli ekofəallar Urmu gölünün qurudulması və Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı aksiya keçiriblər.
“Araz_Urmu gölü üçün birlik” başlığı ilə yayılan posterlərdə Urmu gölünün qurumuş yatağında piano çalan qız və durnaların rəsmi təsvir olunub.
Onlar bu məzmunlu posterlərin yayılmasından məqsədlərinin Azərbaycanda baş verməkdə ekoloji fəlakətə diqqət çəkmək olduğunu deyiblər.