Təbriz İranın böyük şəhərləri arasında xarici turistlərin ən az səfər etdiyi şəhərlərdən biridir və buna sahə müflis hesab edilir.
O, bunu bu sahədə yetərli işlərin aparılmaması və Təbrizin turizm imkanlarının tanıtdırılmaması ilə əlaqələndirib.
“Hər cür əhəmiyyətli və unikal turizm imkanlarına malik qədim Təbriz şəhərinin Tehran, Məşhəd, İsfahan və Şiraz şəhərlərindən geri qalması, ölkə və əyalətə gələn xarici turistlər üçün gediləsi ən sonuncu yer olması faktı göstərir ki, bu sahədə iş aparılmayıb”,- Heydəri bildirib.
Qeyd edək ki, İranın aparıcı turizm şirkətləri, hökumətə bağlı əlaqədar qurumlar Tehran, Şiraz, İsfahan, Məşhəd, Yəzd, Kaşan və başqa şəhərlərdən fərqli olaraq, öz kataloq və reklam nəşrlərində Təbrizə yer vermirlər.