Traktor Futbol Klubu Akademiyasının müdiri Kazım Məsudi Ümid Komandası futbolçularının Kirmanşah şəhərində soyuq silahla hücuma və söyüşlərə məruz qaldıqlarını bildirib.
O, olay barədə açıqlamasının davamında deyib: Onlar futbolçularımızı döyüb yaralayaraq şəxsi əşyalarını, oyun formaları və ayaqqabılarını götürüb hadisə yerindən yayınıblar”.
Mahmudinin bildirməsinə istinadən hadisə vaxtı polis məmurları, həmçinin Kirmanşah Əyaləti futbol klubu heyəti də stadionda olmayıblar.
“Ağır yaralar səbəbindən 4 futbolçu – Mehdi Cəfərpur, Əmirəli Nikmehr, Mahdi Abbasi və Suran Kərimzadə TTY avtomobili ilə xəstəxanaya çatdırılıblar” – Kazım Məsudi vurğulayıb.
Olay səbəbindən görüş reallaşmayıb. Futbol yarışları üzrə mütəxəssilərin fikrincə hadisə “Besət” klubunun yarışdan yayınmaq və qrup cədvəlində tutduğu yerə müsbət təsir məqsədi ilə həmin klub tərəfindən qəsdən planlaşdırılıb.