Traktorun çempionluğunun oğurlandığı yenidən etiraf edildi.

by Samir Asadli

Məşhur futbol müxbiri Adil Firdovsipur İran rəsmilərinin 2014-cü ildə Traxtur klubunun İran Premyer Liqasında qalib gəlməsinin qarşısını almaqdakı rolunu etiraf edib.

“O gün məmurlar rabitə və mobil telefonları tamamilə kəsərək Təbrizin Səhənd stadionunun paralel gedən Sepahan-Saipa oyunu haqqında səhih bilgi almasına əngəl olmuşdular.” – deyə Firdovsipur  bildirib.

Rəsmilərin bunu niyə etdiyi sualına sualına cavab olaraq isə Firdovsipur bildirib ki, hakimiyyət Traktor azarkeşlərinin iğtişaş törədəcəyindən qorxurdu.

Bundan əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac Təbrizə səfəri zamanı Traktor komandasının 2014-cü ildə çempionluq qazanmasının qarşısını aldığını etiraf edərkən “Çempionluğunu itirmiş Traxtor komandasına üzr borcumuz var” demişdi.

Xatırladaq ki, paralel oyunun 2-2 hesabı ilə bərabər bitdiyini zənn edən Traktor oyunçuları azlıqda qaldıqları oyunda riskə getmədən bərabərliyə oynamış və çempion olacaqlarını zənn etmişdilər. Nəticədə stadionun internet bağlantısının kəsilməsinə görə paralel oyunda Sepahanın qalib gəldiyindən xəbərsiz qalaraq çempionluğu əldən vermişdilər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK