“Traxtur” komandası seçmə kubokundan kənarda qaldı

by Samir Asadli

Mayın 16-da Təbrizin “Traxtur” komandası ilə Kirman əyalətinin Rəfsəncan şəhərinin “Misi Rəfsəncan” komandasının növbəti qarşılaşması keçirilib.

Təbrizin “Səhənd” (Yadiqari imam) stadionunda keçirilən görüş rəqib komandanın 1-0 qələbəsi ilə başa çatıb və bununlada Azərbaycan komanmdası seçmə kubok oyunlardan kənarlaşdırılıb.

Görüş zamanı Azərbaycan komandasının 6 azarkeşi əsəb gərginliyi keçirdikləri üçün huşlarını itiriblər və ambulanslarla xəstəxanaya köçürülüblər.

“Traxtur” azarkeşləri komandalarının məğlubiyyətini son vaxtlar klubda baş verən yersiz dəyişikliklərlə əlaqələndirib, klub rəhbərliyi əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, uzun illərdir İran çempionatında “Traxtur” komçandası ilə bağlı oxşar hadisələr bir neçə dəfə təkrarlanıb.

Azərbaycan komandasının turnir cədvəlində irəlilədiyi və çempionluğa yaxınlaşdığı vaxtlarda komandada dəyişikliklər edilir, baş məşqçi və əsas oyunçular uzaqlaşdırılır.

İdman ekspertləri və azərbaycanlı azarkeşlər bunun klubda söz sahibi olan SEPAH komandirlərinin bunu məqsədli şəkildə etdiklərini bildirirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK