“Traxtur” liderliyini qoruyub saxladı

by Samir Asadli

Təbrizin “Traxtur” futbol komandası İran çempionatında növbəti qarşılaşmasını keçirib.

Bu barədə idman mediası məlumat yayıb.

Güney Azərbaycan təmsilçisi 12-ci turda səfərdə Gilan əyalətinin Ənzəli şəhərinin “Mələvan” klubu üz-üzə gəlib.

Dekabrın 16-ı günortadan sonra Ənzəli şəhərinin “Sirus Qayiqran” stadionunda keçirilən qarşılaşmada “Traxtur” 2:0 hesablı qələbə qazanıb.

Bununlada xallarını 28-ə çatdıran “Traxtur” çempionatın reytinq cədvəlində liderliyini qoruyub saxlaya bilib. “Sepehan” 27 xalla 2-ci, “Perspolis” 23 xalla 3-cüdür.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK