Güney Azərbaycan təmsilçisi “Traxtur” İran çempionatında növbəti matçını keçirib.
Təbrizin “Səhənd” stadionunda keçirilən görüşdə “Traxtur” 2:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra Təbriz klubu xallarını 24-ə çatdırıb və 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, İran Futbol Federasiyasının qərarına görə, oyun tamaşaçısız keçirilib və “Traxtur” tərəfdarları stadiona buraxılmayıb.