“Traxtur” xallarının sayını artırdı

by Samir Asadli

Martın 16-da Təbrizin “Traxtur” komandası İran Premyer Liqanın 20-ci həftəsinin oyunları çərçivəsində Qəzvinin “Şəmsazər” komandası ilə qarşılaşıb.

Oyun yerli vaxtla saat axşam saat 19-da Qəzvin şəhərinin “Sərdar Azadeqan” stadionunda keçirilib.

Təbriz təmsilçisi 2:0 hesabı ilə qələbə qazanıb.

Bu nəticədən sonra Təbriz klubu xallarını 38-ə çatdırıb və turnir cədvəlində 3-cü pillədəki yerini qoruyub saxlayıb.

Qeyd edək ki, stadiona toplaşan hər iki komandanın tərəfdarları Azərbaycan dilində milli şüarlar səsləndiriblər.

“Traxtur” komandasının tərəfdarlarının “Azərbaycan” səsinə qəzvinlilər “yaşasın”, “türk dilində mədrəsə” şüarına isə “olmalıdır hər kəsə” cavabı veriblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK