Təbrizin “Traxtur” futbol komandası İran Premyer Liqanın 24-cü mövsümünün cavab turunun on altıncı həftəsinin oyunları çərçivəsində növbəti qarşılaşmasını keçirib.
Bu gün Təbriz vaxtilə saat 15:00-da Səhənd (Yadiqari İmam) stadionunda başlayan qarşılaşma Təbriz təmsilçisinin 5-1 hesablı qələbəsi ilə başa çatıb.
Bununlada Təbriz komandası xallarını 35-ə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub saxlayıb. “Mis” isə 16 xalla 13-cü pillədə qərarlaşıb.
İdman mediası “Traxtur”un qələbəsini “”Traxtur” “Mis”dən qızıl düzəltdi” başlığı ilə yayıb.