Sosial mediada Güney Azərbaycan komandasının oyunçusunun xanım tərəfindən masaj edildiyini əks etdirən paylaşım qalmaqala səbəb olub.
Videoda həkim forması geyinmiş xanımın “Traxtur” oyunçusunun ayağını masaj etdiyi iddia edilsə də, şəxsin “Traxtur” oyunçusu olub-olmadığı məlum olmur.
Yayılan videoda masaj olunan şəxsin formasının üzərində “Traxtur” loqosunun olması əsas götürülərək Azərbaycan komandasına hücumlar təşkil edilir.
“Traxtur” klubu məsələ ilə heç bir açıqlama verməyib.