Ukrayna siyasi elitasında təmsil olunan azərbaycanlılar – SİYAHI

by Samir Asadli
Bu gün Azərbaycandan kənarda yaşayan və dövlət orqanlarında çalışan çox sayda soydaşımız var.
 
Diapsora.TV Azərbaycandan kənarda yaşadığı ölkədə siyasi elitada təmsil olunan soydaşlarımızı araşdırır. Bu yazıda müxtəlif illərdə Ukraynada yüksək vəzifələrdə çalışmış və hazırda çalışan bəzi azərbaycanlıları təqdim edirik:
– 2014-cü ildə Paşa İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyi Radasında çalışıb.
– 2014-cü ildə hüquqşünas Aqiyə Axundova Ukrayna Nazirlər Kabinetinin qərarı ilə ölkənin Dövlət İcraçıları Xidməti rəisinin birinci müavini təyin edilib.
– 2018-ci ildə İlham Dadaş oğlu Dadaşov Ukraynanın energetika və kömür sənayesi nazirinin müşaviri təyin edilib.
– 2019-cu ildə Ukraynanın Baş prokuroru azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.
– 2020-ci ildə Ukraynada şəhər və vilayət şuralarına 10-a yaxın azərbaycanlı deputat seçilib. Belə ki, soydaşımız Dinara Həbibullayeva “Avropa həmrəyliyi” partiyasından Kiyev Şəhər Şurasının, Araz Quliyev həmin partiyadan Sumı Vilayət Şurasının, Qoşqar Muxtarov “Təklif” partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Fəxrəddin Muxtarov hakim “Xalqın xidmətçisi” partiyasından Poltava Vilayət Şurasının, Teymur Abışov Ukraynanın sabiq Baş naziri “Qroysmanın Ukrayna strategiya” partiyasından Vinnıtsya Şəhər Şurasının, Ramil Ağabəyov hakim “Xalqın xidmətçisi” partiyasından Nikolayev Şəhər Şurasının, İsgəndər İsgəndərov hakim “Xalqın xidmətçisi” partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Cəlil İbrahimov “Batkevşina” partiyasından Pavlohrad Şəhər Şurasının, Kamandar Bayramov Poltava Vilayət Şurasının deputatı seçiliblər.
– 2021-ci ildə Azərbaycanlı Fərid Kamil oğlu Səfərov Ukraynada energetika nazirinin müavini təyin olunub. O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Departament direktoru işləyib.
– 2021-ci ildə Tamerlan Vahabov Ukraynanın daxili işlər nazirinin müşaviri, nazirlikdə yeni yaradılmış İslahatlar İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.
– 2023-cü ildə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Hüquq elmləri doktoru Hikmət Cavadov Ukrayna Ali Radası sədri Ruslan Stefançukun müşaviri təyin edilib.
– 2025-ci ildə Timur Firudin oğlu Məmmədov (Tkaçenko) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edilib. Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.
Xatırladaq ki, təkcə Ukraynanın siyasi elitada deyil, eyni zamanda digər sahələrdə də müxtəlif vəzifələrdə çalışan soydaşlarımız var.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK