Mədəni adına Azərbaycan Universitetinin müdiriyyəti Universitetin tələbələrini daşıyan qatarda onları cinsləri üzrə yenə ayırmağa cəhd edir.
Xatırladaq ki, Universitetin tələbələri 2022-ci ilin sentyabrında “Qadın, Yaşam, Azadlıq” Hərəkatı ilə başlamış kütləvi etirazlar zamanı qatardan cinsi ayırma olmadan istifadə etməyə nail olublar.
Lakin müdiriyyət etirazların səngiməsini müşahidə edərək qatarın vaqonlarını yenə qadın və kişilərə məxsus ayırmağa cəhd edir.
Bildirək ki, 2022-ci ilin noyabr ayında bir neçə oğlan tələbə Təbrizə qayıtmaq istəyərkən cinsi ayırmanı qırmaq məqsədi ilə qız tələbələr onları eyni vagona minməyə dəvət edib.
Bu zaman qatar məmuru müdaxilə edərək kəskin söyüşlər verməyə başlayıb və qız tələbələrdən birini döyərək bədən xəsarəti almasına səbəb olub.
Həmin vaxtdan qatarın vaqonlarında oğlan və qız tələbələr birgə səfər edir.