Azərbaycan tarixində “Urmiya qəssabı” kimi tanınan İsmayıl Simkonun nəslindən olan Homan Simko Azərbaycan xalqını qırğınla hədələyən qalmaqallı açıqlamalar verib.
İsveçdə yaşayan Simko media nümayəndəsi kimi tanınır və kürd mediası bundan əvvəl ailəsinin keçmişi ilə bağlı ondan dəfələrlə müsahibələr almışdı.
O, özünü akademik xadim kimi təqdim edir və İsveçin Göteborq Universitetində elmi işlə məşğul olduğunu iddia edir. Onun sosial şəbəkələrdəki son açıqlamaları azərbaycanlı fəallar və istifadəçilər arasında geniş reaksiyalara səbəb olub.