Urmu gölündə suyun həcmi 1269,82 metr kuba düşüb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə və yaxın aylarda temperatur artarsa, gölün ən aşağı su səviyyəsinə görə yeni anti-rekord qeydə alınacaq.
Urmu gölünün bir neçə min illik tarixində ikinci dəfədir ki, onun həcmi 1270 metr kubdan aşağı enir; daha əvvəl, 2023-ci ilin noyaber bu səviyyə 1269,70 metr kuba çatmışdı.
Qeyd edək ki, İran rəsmiləri ötən həftə Oman dənizindən suyun ölkənin mərkəzindəki farsdilli şəhərlərə nəqli layihəsini həyata keçirib açılışını ediblər.